Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirildi
Bizi izləyin

Qırmızı.az

Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirildi

Avqustun 5-də Şirvan Gömrük İdarəsində iş adamları ilə görüş keçirildi.

Görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Şirvan Gömrük İdarəsinin ərazisinə daxil olan 8 rayonun sahibkarlarının iştirak etdiyi görüşdə idarənin rəisi Rəşid Zalov bildirib ki, sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlıq müxtəlif sahələrdə problemlərin birgə həllinə müsbət təsir göstərir. Həmçinin gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin qurulmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, iş adamları ilə görüşün məqsədi sahibkarların fikirləri, onları düşündürən məsələlər və yeni təklifləri öyrənməkdir. Ölkədə iqtisadiyyatın davamlı inkişafının təmin edildiyi və bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da əhəmiyyətli rol oynadığı vurğulanıb. Qeyd olunub ki, daxili istehsalın bir çox növlərinin xaricdən idxal olunan xammal və komponentlərin hesabına formalaşdığı nəzərə alınaraq Dövlət Gömrük Komitəsi bu sahədə iş adamları ilə qanun çərçivəsində əməkdaşlıq etməyə hazırdır.

Görüşdə sahibkarlar müəyyən təkliflərlə çıxış edib, onları maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm