Qırmızı.az
Nazirlik 44 nəfəri istirahətə göndərdi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, əlilliyi olan şəxslərdən daha 44 nəfərini Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərib.
Publika.az xəbər verir ki, bununla da cari ilin ötən dövründə ƏƏSMN tərəfindən istirahətə göndərilən əlilliyi olan şəxslərin sayı 874 nəfərə çatıb.
Əlilliyi olan şəxslərin istirahəti Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində təşkil edilir. Onlar həmin mərkəzlərə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. İstirahət müddətində əlilliyi olan şəxslər üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə prosedurlarına, müalicəvi bədən tərbiyəsinə cəlb olunması və s. tədbirlər də həyata keçirilir.
İstirahətə göndərilən əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların təminatının gücləndirilməsinə, həmçinin yaz-yay aylarında onların mənalı istirahəti üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Gülnar

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq