Azərbaycanda avtomobil sərgisi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda avtomobil sərgisi keçiriləcək

May ayının 15-də Baku Ekspo Mərkəzində Azərbaycanın avtomobil həvəskarları üçün nəzərdə tutulmuş Bakı Beynəlxalq “Motor Şou” (BIMS) sərgisi start götürəcək.

May ayının 15-də Baku Ekspo Mərkəzində Azərbaycanın avtomobil həvəskarları üçün nəzərdə tutulmuş Bakı Beynəlxalq “Motor Şou” (BIMS) sərgisi start götürəcək.

Xəzəryanı regionun ən böyük avtomobil sərgisi olan bu tədbir yerli və xarici avtomobil istehsalçılarını, habelə avtomobil avadanlıqları və komplektləşdiricilərinin dünya şöhrətli brendlərinin distribütor və dilerlərini bir araya gətirəcək.

“BIMS 2014” sərgisində 100-dən çox şirkətin iştirakı gözlənilir.

Hazırda “BIMS 2014” sərgisinin iştirakçıları siyahısına Azərbaycan, Almaniya, Polşa, Rusiya və s. ölkələrdən olan şirkətlər daxildir. Sərgidə ənənəvi olaraq üç böyük sektor (avto-moto nəqliyyat, kommersiya nəqliyyatı və avto-hissələr və aksessuarlar) təmsil olunacaq.

Sərginin iştirakçıları arasında minik avtomobillərinin istehsalı ilə məşğul olan dünya şöhrətli şirkətlərin (məs.: “Bentley”, “Toyota”, “Lexus”, “Suzuki”, “Volvo” və s.) rəsmi distribyutorları var.

Builki sərgidə minik avtomobillərinin yerli istehsalçısı - Naxçıvan Avtomobil Zavodu (NAZ) iştirak edəcək. Motosiklet dilerləri isə dünyanın aparıcı istehsalçıları sayılan “Aprilia”, “Suzuki”, “Harley Davidson” və “Vespa” şirkətlərinin modellərini təqdim edəcəklər.

Kommersiya sektorunda “MANN” və “HOVO” şirkətlərinin istehsalı olan traktorlar, özüboşaldan yük maşınları və müxtəlif növ məhsulların daşınması üçün yarım-qoşqular nümayiş etdiriləcək.

Sərgidə avto-hissələr, eləcə də avtomobil yağları, filtrlər, avtokosmetika və digər avtomobil kimyası məhsullarının aparıcı brendlərini nümayiş etdirən tematik bölmə əhəmiyyətli yer tutacaq.

Bura əsasən ehtiyat hissələri və komplektləşdiriciləri işləyib hazırlayan, istehsal edən və təchiz edən şirkətlər, habelə xarici şirkətlərin regional nümayəndələri daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm