Qırmızı.az
Nazir cəbhə bölgəsində döyüş hazırlığını yoxlayır - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayır.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə
keçirilən görüşlərdə Müdafiə naziri Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə
çatdıraraq bildirib: “Dövlət başçısının tapşırığına əsasən Müdafiə
Nazirliyinin rəhbərliyi, komandir heyəti tez-tez cəbhə xəttində
şəxsi heyətlə görüşlər keçirir. Əsas məqsədimiz əsgər və
zabitlərimizin ümumi vəziyyəti, hərbi hissələrin döyüş hazırlığının
səviyyəsi ilə maraqlanmaq, müvafiq tapşırıq və tövsiyələri
çatdırmaqdır.
Bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti,
hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən
tənəzzülə uğrayan düşməndən qat-qat üstündür. Bunu tək biz deyil,
artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar
Ali Baş Komandan cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin
nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı
Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən
təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi
heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə
qabaqlayır.
Keçən ilin avqustundan indiyədək ötən müddətdə düşmənə vurulan
zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də
özünə gələ bilməyib. İndi də qorxu və vahimə içindədir. Artıq məqam
yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin
salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu
Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları
torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar
tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq
və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Xalqımız onu da
bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız,
Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir.
Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə
yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs
borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri
yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş
torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir. Buna heç
kimin şübhəsi olmamalıdır”.
General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və
xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına
diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında
sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən
anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə
zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə
əlaqədar komandir və rəis heyətinə müvafiq tapşırıqlar verib.
Müdafiə naziri cəbhədə müdafiə xəttinin
dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə
mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki
şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji
durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam
hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam
edir.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK