Qırmızı.az
Bu gün Bakıda və bölgələrdə yağış yağacaq - Hava Haqqında
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru buludluluğun artacağı, gecə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-5° isti, günün birinci yarısında 14°-dək,
axşama doğru isə 6°-yə yaxın isti, Bakıda gecə 3-5° isti, günün
birinci yarısında 14°-dək, axşama doğru isə 6°-yə yaxın isti
olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi
rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı
olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 12-17° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin,
axşama doğru yağıntı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti
olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və
səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış
yağacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 8-13° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin,
axşama doğru yağıntı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta,
gündüz 0-5° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin
olacağı, axşam yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 12-17° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin
olacağı, axşam yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-4°, gündüz
5-9° isti olacaq.
Xəbərdarlıq
Martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq 15-dək
ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə
sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Temperatur ötən günlə müqayisədə 5-9° aşağı enəcəkdir. Martın 12-si
axşamdan 13-ü gündüzədək bəzi yerlərdə güclü şimal-qərb küləyi
əsəcək.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO