1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub
Bizi izləyin

Qırmızı.az

1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq 1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub.

İdarədən Publika.az-a verilən məlumata görə, artıq 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə keçirilən müsahibələr yekunlaşıb.

Müsahibədə iştirak etmək üçün sorğu verən 3284 nəfər uşağın 1720-i müsahibə mərhələsindən keçərək vaxtından əvvəl I sinfə qəbul olunub, 1287 uşaq isə müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər müsahibəyə gəlməyib.

Məktəbəqədər hazırlıq qruplarını bitirən 750 uşaq sertifikat qazanaraq müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.

Müsahibədən keçən uşaqlar avqustun 15-dən etibarən sənədlərini məktəblərə təqdim etməlidirlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm