Füzuli İH rəhbəri vətəndaşlarla görüşür
Bizi izləyin

Qırmızı.az

Füzuli İH rəhbəri vətəndaşlarla görüşür

Füzuli İH rəhbəri vətəndaşlarla görüşür

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vaxtaşırı olaraq vətəndaşlarla görüşür, onların təklif və problemlərini həll edir.

Bütün bunlar Füzuli rayon İcra Hakimiyyətində Horadiz şəhər sakinləri ilə keçirilən görüş-qəbulda bir daha vurğulanıb.

Görüş zamanı çıxış edən Alı Alıyev bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək barədə tapşırıqları rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.

Vətəndaşların həyat şəraitinin, sosial problemlərinin həlli istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlardan danışan Alı Alıyev qeyd etmişdir ki, hər bir vəzifəli şəxs dövlət başçısından bu məsələdə nümunə götürməli, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı, onların problemlərinin həlli üçün bütün səy və bacarıqlarını səfərbər etməlidir.

Görüş zamanı Horadiz şəhər sakinlərin müraciətləri dinlənilmiş, vətəndaşlar tərəfindən qaldırılan məslələr rayon İcra Başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Görüş zamanı çıxış edənlər şəhərdə aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışmış, öz razılıqlarını bildiriblər.

Vətəndaşların mənzil tikintisi, işıq, su və işlə təmin olunma ilə bağlı müraciətləri nəzarətə götürülmüş, aidiyyati tapşırıqlar verilib.

Sonda qeyd olunmuşdur ki, Horadiz şəhər sakinlərinə diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm