Hacı Nuranın səhhəti yenə ağırlaşdı
Bizi izləyin

Qırmızı.az

Hacı Nuranın səhhəti yenə ağırlaşdı

Tanınmış teleaparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.

Axar.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət Hacı Nuran Almaniyada müalicə alır. O, Feysbuk səhifəsində öz şəklini bu statusla paylaşıb:

“Bu gün həkimlərdən pis xəbər gəldi: ağır kimyaterapiya müalicələri bitən kimi mənə transplantasiya etməlidirlər. Yenə bir müddət xəstəxanada olmalıyam. İrəlidə yenə dözülməz və ağır müalicələr... Allaha şükürlər olsun”.

Xatırladaq ki, bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən həmkarımız “Xeyir körpüsü”, “Vətənimdir Azərbaycan” verilişlərinin layihə rəhbəri və aparıcısı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm