Nazirlik 15 minə yaxın gecikdirilmiş ödənişi sahiblərinə qaytardı
Bizi izləyin

Qırmızı.az

Nazirlik 15 minə yaxın gecikdirilmiş ödənişi sahiblərinə qaytardı

Ötən ay 14693 manat gecikdirilmiş sosial xarakterli ödəniş işçilərə ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Publika.az-a verilən məlumata görə, həmin vəsaitin 88,8 faizi (13053 manat) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Xidmətin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin etdiyi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği 504095 manat təşkil edib. Aparılan təhlillər zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarına əsasən sahibkarlıq subyektlərində yol verildiyi müəyyən olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm