Tağı Əhmədovun həyat yoldaşı "Sahil"dəki yanğından danışdı
Bizi izləyin

Qırmızı.az

Tağı Əhmədovun həyat yoldaşı "Sahil"dəki yanğından danışdı

“Bu barədə deyilənlər şayiələrdir” - Tağı Əhmədovun həyat yoldaşı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli bu gün səhər Bakıda “Sahil” Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğına münasibət bildirib.

S.Əhmədli Publika.Az-a açıqlamasında sözügedən binada mənzillərinin olduğunu söyləyib: “Ancaq şükürlər olsun ki, heç birimizə nə isə olmayıb, salamatçılıqdır. Yanğın baş verən zaman mən işdə olmuşam, Tağı Əhmədov evdə olub və hər şey normaldır, ailə üzvlərimdən də xəsarət alan olmayıb”.

Xatırladaq ki, yanğın baş verən zaman Tağı Əhmədov və nəvəsinin mənzildə olduğu bildirilirdi.

S.Əhmədli sözügedən yanğın hadisəsinin onlara qarşı sui-qəsd cəhdi olması barədə gündəmə gətirilən versiyaları da şərh edib: “İnanmıram ki, bu bilərəkdən olsun. Yəqin ki, bu barədə deyilənlər şayiələrdir”.

Qeyd edək ki, sözügedən binanın 5-ci mərtəbəsində Tağı Əhmədova məxsus mənzil də yerləşir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm