Qırmızı.az
Xəzərdə nəhəng körpü - FOTO

Xəzər dənizi üzərində Azərbaycanı və Qazaxıstanı birləşdirəcək körpü inşa
ediləcək.
ANS PRESS-in məlumatına görə, möhtəşəm tikintinin detalları
Çində hazırlanır. Bu barədəAlmatanın “Delovoe Vremya” kanalının proqramında
məlumat verilib.
Beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsi hələ tam işə
düşməsə də, Çin qarşısına daha böyük məqsədlər qoyub. Çindən
Avropa Birlyinə quru dəhlizi ilə dəniz yolu ilə
gedəndən 100 dəfə az yük nəqli müşahidə olunur. Hətta Rusiyaya
belə Çin yükləri dəniz vasitəsi ilə Finlandiyadan gətirilir.
Hazırda Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi $ 17 mlrd.
dollar təşkil edir. Layihə gerçəkləşərsə, bu rəqəm dəfələrlə arta
bilər, çünki Avropaya yüklərin bir hissəsi də Qazxıstandan
keçəməklə nəql edilə bilər.
Çinin Almatadakı baş konsulu Çan Vey dünya iqtisadiyyatının
böhrandan tam çıxmadığı bir zamanda ölkəsi ilə Qazaxıstan arasında
ticarət dövriyyəsi $ 17 milyard dollara çatmasını böyük uğur sayıb.
Çin diplmatının sözlərinə görə, ölkəsi Qazaxıstandan Çinin Urumçi
və Lançou istiqamətlərində gedən dəmir you xəttinə çox diqqət
yetirir.
Xəzərdə nəzərdə tutulan körpü Bakı ilə Manqışlakı birləşdirəcək
Çini bu layihəni həyata keçirməyə Bakı - Tiflis - Qars (BTQ) dəmir yolunun
tezliklə açılacağı həvəsləndirir. BTQ işə düşdükdən sonra Çində
Avropaya gedən yüklərin nəql müddəti 2 dəfə azalacaq. Hazırda
yüklər Çindən Londona təxminən 1 ay müddətə gedir.
Bakı - Tiflis - Qars dəmir yolunun xəritəsi
2007-ci il noyabr 21-də Bakı -Tiflis - Qars dəmir yolunun
tikintisinin təməli qoyulub. Dəmiryolu vasitəsi ilə Azərbaycan
beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə
edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula
getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tiflisi-Ceyhan boru xəttindən sonra
Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək.
Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln.
dollar təşkil edəcək.
Tikiləcək körpünün ehtimal olunan maketi

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi