Yoxa çıxan qadının əri: “Uşaqların xətrinə qayıtsın, bütün günü ağlayırlar” - VİDEO
Bizi izləyin

Qırmızı.az

Yoxa çıxan qadının əri: “Uşaqların xətrinə qayıtsın, bütün günü ağlayırlar” - VİDEO

6 ildir ailəli olan, üç körpəsini evdə qoyaraq qaçan qadının ailəsi danışdı.

Ucar rayonunun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Rüstəmovanın gecə saatlarında naməlum şəkildə evdən çıxaraq getməsindən ailə üzvlərinin xəbəri olmayıb.

Qaynatası Azər Rüstəmov bildirir ki, gəlin onun mobil telefonunu, həyətdə olan avtomobilin açarını və özünəməxsus qızılları götürərək evdən qaçıb.

Azər Rüstəmov - qayınata: "Baxdım ki, telefonum yoxdu. Yoldaşımdan soruşdum. O da gəlindən soruşmaq üçün otağına getdi, gördük ki, otağında yoxdu. Evi axtardıq, heç yerdə tapmadıq. İstədim maşınla gedim küçəyə, amma gördüm ki, maşının açarı yerində yoxdu. Sonra qardaşımla yolboyu getdik, axtardıq, amma görmədik".

Hadisə baş verən gecə ailə ilk olaraq Şəlalənin valideynlərinə xəbər verib. Qayınananın sözlərinə görə qızının evinə gələn Şəlalənin valideyinləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar.

Reyhan Rüstəmova - qayınana: "Anasına zəng elədik. Amma çox soyuqqanlı qarşıladı, elə bil heç nə olmayıb. Gəldilər bizə, başladıq axtarmağa".

Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən, səhəri gün xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarını deyən Arif sevdiyi xanımın onu və üç azyaşlı övadını nə vaxtsa ataraq qaçacağını təsəvvür belə etmədiyini deyir. Onun sözlərinə görə, Şalalənin telefonu olmasa da son bir neçə ayda ailədən gizli telefon işlədib, nömrəni isə qardaşından alıb.

Arif Rüstəmov - Şəlalə Rüstəmovanın həyat yoldaşı: "Bir-birimizi sevərək ailə qurmuşuq. Heç kim bizi məcbur etməyib. Pis-yaxşı dolanırdıq, Rusiyaya gedib-gəlirdim, qazanc üçün. Eşitdim ki, qaçıb, qayıtdım. Südəmər uşaqlarımız var, bütün günü ağlayırlar, dözmək olmur. Uşaqların xətrinə qayıtsın, qəbul edirik".

Bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda olduğunu bildirib. Bütün olanlara baxmayaraq ailə uşaqların xətirinə gəlinin geri qayıtmasını istəyir.

Ucar rayon polis şöbəsindən verilən məlumta görə, ailə tərəfindən rəsmi olaraq rayon polisinə müraciət qəbul edilib. Hazırda Azər Rüstəmovun müraciəti əsasında, həmin gündən etibarən rayon polis şöbəsində Şəlalə Rüstəmovanın barəsində itkin düşmüş şəxs kimi axtarış elan edilib. Ailə üzvləri və rayon polis şöbəsinin əməkdaşları Şəlalə Rüstəmovanı görənlərdən xahiş edir ki, 050-403-61-69 və 055-218-21-21 nömrələrinə zəng edərək məlumat versinlər. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm