Qırmızı.az
Penitensiar müəssisələrdə heroin və tiryək aşkar edilib
Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanası və 15 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitələr aşkar edilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən Publika.az-a verilən məlumata görə, 2 saylı İstintaq
təcridxanasında saxlanılan Şəhriyar Qaraxan oğlu Bağırova xalası
oğlu Nahid İlham oğlu İsmayılovun gətirdiyi sovqata baxış
keçirilib. Baxış zamanı "Viceroy" markalı siqaret qutusunun
içərisində kağıza bükülərək gizlədilmiş, xalis çəkisi 1.357 qram
olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, Ş.Bağırov Cinayət Məcəlləsinin 29 və 120.1-ci
maddələri ilə təqsirli bilinərək həbs edilib.
Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər
əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə
müəssisəsində cəza çəkən Anar Lələkişi oğlu Hacıyevin əl-üz yuma
otağında saxladığı çirkli paltarlarına baxış zamanı ona məxsus yun
köynəyin cibindən bir ədəd sellofana bükülmüş xalis çəkisi 26.868
qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
A.Hacıyev Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli
bilinərək azadlıqdan məhrum edilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...