Evdən qaçan 3 uşaq anası: “Mənə işgəncə verirdilər”
Bizi izləyin

Qırmızı.az

Evdən qaçan 3 uşaq anası: “Mənə işgəncə verirdilər”

“İyulun 31-də evdən çıxıb getmişəm. Qayınatamla qayınanam mənə işgəncə verirdi, söz-söhbət çox olurdu. Mən də buna dözə bilmirdim. İkisi də məni döyürdü. Qayınanam hər gün deyirdi ki, səni boşatdırıb, uşaqları əlindən alacağam”.

Bu sözləri Ucarın Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Rüstəmova deyib. O, 3 uşağı evdə qoyaraq Bakıya qaçması haqda geniş müsahibə verib:

“Yoldaşım bu məsələdən sonra Azərbaycana qayıdıb. Eşidirdim ki, yoldaşımın Rusiyada ailəsi, uşağı, gəzdiyi var, evə gec-gec gəlirdi. İki-üç aydan bir telefonla danışırdıq, onda da dalaşırdıq”.

Onun sözlərinə görə, qayınatasıgil onu tutdurmaq istəyiblər: “Uşaqlarımı vermirdilər. Dünən gətirib uşaqları üstümə atıb getdilər ki, yoldaşımı evləndirsinlər. Amma əvvəlcə demişdilər ki, qayıtsa, qəbul edəcəyik. Bakıda 20 gün qaldım. Birinci gecəni “Tarqovı”da qaldım, sonra rusca danışan süpürgəçi qadının evində qalırdım. Onun evində yaşayırdım. Sonra televizordan eşitdim ki, məni axtarırlar.

Anamgilə zəng vurdum ki, salamatam. Gecə 12 idi, yatmışdılar. Həmin gün qayınatam məni döymüşdü. Anamgilə getsəydim, onlar da qəbul etməyəcəkdilər.

Qaçıb yola çıxdım, oradan taksiyə minib gəldim. Pulum yox idi, üzüyümü satıb yolpulu elədim. Bir qəpiyim də yox idi. Evdən çıxanda qızıllarımı götürmüşdüm”.

O, heç kəslə görüşmədiyini söyləyib:

“Hələ çox söz deyiblər. Guya qayınatamın maşınının açarını götürmüşəm. Bu sözləri məni tutdurmaq üçün deyirlər. Mən nişanlananda 13 yaşım var idi, heç nəyi dərk etmirdim. 18 yaşımda ailə qurdum”.

(ölkə.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm