“Qəbələ” “oxuyan uşaqları” mükafatlandırdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Qəbələ” “oxuyan uşaqları” mükafatlandırdı - FOTOLAR

Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qəbələ” – “Kəpəz” matçının start fitindən öncə meydandaca təltifetmə mərasimi olub.

Publika.az xəbər verir ki, ali təhsil müəssisələrinə imtahan zamanı ən yüksək bal toplamış və tələbə adını qazanmış üç Qəbələ sakininə yerli komandanın futbolçuları tərəfindən hədiyyələr verilib.

Zöhrə Siracbəyli (695 bal), Təranə Şirinbəyli (695 bal) və Xəyalə Əfəndiyeva (700 bal) noutbuk və pul mükafatını müvafiq olaraq, Ürfan Abbasov, Aleksey Qay və Luis Hilario Dododan alıblar. Futbolçular və klub rəhbərliyi tələbələri təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzu ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm