Bu gecə bir neçə yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Bu gecə bir neçə yanğın hadisəsi baş verib

Bu gecə Cəlilabad və Ağstafa rayonlarında yanğın hadisəsi baş verib.

Bu gecə Cəlilabad və Ağstafa rayonlarında yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin çardağının yanar konstruksiytaları və damına yığılmış ümumi çəkisi 3 ton olan ot bağlamasının 1,5 tonu yanıb. Tövlə, ot bağlamasının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 00:05-də söndürülüb.

Ağstafa rayonunda sərhəd zonada 30 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 00:06-da söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm