Qırmızı.az
Bakı-Sumqayıt qatarı səhər 6-dan işləyə bilər
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri işləri demək olar ki başa çatmaq üzrədir.
Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları”QSC mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının inzibati binasında məskunlaşan 52 məcburi köçkün ailəsinin hər birinə 30 min manat ödənilərək ərazidən köçürülüb. Hazırda ərazidə söküntü işləri aparılır: “ Yeraltı keçid və platformalarda son tamamlama işləri gedir. Hazırda qalan yolun təmiri və 1,6 kilometr yeni yolun çəkilişinə başlanıb. Torpaq yatağında işlər qurtarıb, yolun çəkilməsinə başlanılır. Bütün işlərdə tamamlama işləri aparılır. İşlər sentyabrın 15-dək yekunlaşacaq”.
Qiymət məsələsinə gəldikdə, N.Əzməmmədov bu barədə Tarif Şurasına müraciət etdiklərini və cavab gözlədiklərini deyir: “Gediş haqqı ilə bağlı Tarif Şurasına edilən müraciətə hələ baxılmayıb. Bilet satışı terminallar vasitəsilə avtomatik həyata keçiriləcək. İndi ödəniş nağd formada olsa da, gələcəkdə kart sisteminə keçiləcək”.
Mətbuat katibi kart sistemində “Bakı Kart”lardan istifadə edilməsinə gəldikdə, hələ bu barədə qərar verilmədiyini, bu istiqamətdə iş apardıqlarını dedi. O, həmçinin Bakı-Sumqayıt sərnişin qatarlarının intervalın müəyyənləşdirilməsi üzərində iş aparıldığını bildirdi: “Hazırda sərnişindaşıma departamentində qrafik hazırlanır, bilet satışının tənzimlənməsi ilə bağlı müzakirələr aparılır. Səhər 07:00-dan 12:00-a qədər Sumqayıtdan-Bakı istiqamətində, axşam saat 16:00-dan 21:00-a qədər Bakıdan-Sumqayıta qədər sıxlıq müşahidə edilir. Bunu nəzərə alaraq həmin saatlarda intervalı azalda bilərik. Bundan başqa, qatarların iş saatı 06:00-dan başlaya bilər”.
N.Əzməmmədov bildirib ki, Bakı-Sumqayıt istiqamətində ümumi sayı 8 olmaqla “Stadler Rail Group” şirkətinin 3 “KİSS” markalı iki mərtəbəli qatar və Riqadan gətirilən əsaslı təmirdən çıxan 5 qatar istifadə ediləcək.
Gülxar
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO