Temperatur yenidən yüksələcək
Bizi izləyin

Qırmızı.az

Temperatur yenidən yüksələcək

Martın 14-ü günün ikinci yarısından başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.


Azərbaycanın bölgələrində günün ikinci yarısında yağıntı tədricən kəsiləcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti gözlənilir.


Yaxın iki gündə Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm