Qırmızı.az
Şahin Mustafayev 50-dən çox şikayətçi ilə görüşüb
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edib.
Publika.az xəbər verir ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda nazir Şahin Mustafayev 50-dən çox vətəndaşın müraciətlərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qaldırılan məsələlərin həlli üçün konkret tapşırıqlar verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, haqsız rəqabətin aradan qaldırılması, əkin sahələrinin suvarılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, balıqçılığın, turizm infrastrukturunun, bağçılığın inkişafı, heyvandarlıq kompleksinin yaradılması, tikinti materiallarının istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək Qubada təşkil olunmuş qəbul da daxil olmaqla bölgələrdə 32 vətəndaş qəbulu keçirilib, qəbullarda 1800-dən çox vətəndaş müraciət edib.
Gülnar Əliyeva

-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI
-
Magazin114 Fevral 22:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto