Qırmızı.az
X siniflərin tədrisində yenilik olacaq

2015-2016-cı tədris ilindən etibarən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərindən seçilmiş 50 məktəbin müəyyən olunmuş qaydalar üzrə komplektləşdirilmiş X siniflərində tədrisin təmayüllər üzrə aparılmasına başlanılacaq.
Bunu Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dur. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır. Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək. Növbəti dərs ilində isə qeyd olunan məktəblərin müvafiq qaydalar üzrə komplektləşdirilmiş XI siniflərində tədris təmayüllər üzrə davam etdiriləcək.

-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq
-
Dünya14:16
Dünyanı qorxuda saxlayan bu asteroid Yerə düşsə... - Görün haranı dağıdacaq