Ağcabədidə qaçırılan 21 yaşlı qız üzə çıxdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ağcabədidə qaçırılan 21 yaşlı qız üzə çıxdı - VİDEO

Dünən Ağcabədənin Qaradolaq kəndində 21 yaşlı qız zorla qaçırılıb.

30 yaşlı Yusif Məmmədov dəfələrlə qıza elçi göndərsə də, ailəsi buna razı olmayıb. Hazırda qaçırılan qızın harada olduğu bilinmir. Ailəsi Yusif Məmmədovdan şikayətçi olsa da, işin polis tərəfindən obyektiv araşdırılmadığını iddia edir. İşi araşdıran müstəntiq qızın ailəsinə deyib ki, onun yerini tapın gedək geri alaq. Biz heç nə edə bilmərik. Qızın ailəsi deyir ki, oğlan tərəf polisə “hörmət” etdiyini və boş yerə qızı axtarmamalarını çatdırıb.

Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli deyib ki, qız qaçırmaq məsələsi nə vaxtdan ictimailəşdirilir?:

“Bu gün sabah valideynləri barışa bilər. Qaçırma hadisəsi ilə bağlı istintaq gedir. Bunun üçün ayrıca qrup da yaradılıb, qız tapılıb. Saat 11:30-da onu qaçıran şəxslə birgə bölməyə gələcək. İtən şəxsin polis tərəfindən tapılması şərəf olar. Deyirlər ki, guya polis pul alıb hadisəni araşdırmır. Pul alıb hadisəni gizlətmək bişərəflik olar. Mən belə şeylərin əleyhinəyəm” .

Ş.Seyidli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, artıq gənclər polis şöbəsindədir:

"1984-cü təvəllüdlü Eyvazov Teymur Bahadur oğlu və 1993-cü il təvəllüdlü Namazova Nərgiz Surxay qızı əl-ələ tutaraq yanıma gəliblər. Cütlük ailə qurmaq istədiyini bildirib. Teymurun sözlərinə görə, Nərgizi sevdiyi üçün qaçırıb və onunla evlənmək istəyir. Nərgiz isə anasının nə səbəbdən şikayətçi olduğunu başa düşmədiyini bildirib. O həmçinin deyib ki, anasını görsə, ona bildirəcək ki, "onların ailə işlərinə qarışmasın. Bir daha deyirəm ki, gənclər yanımdadır və çox xoşbəxt olduqlarını deyirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm