Marşrut xətləri dəyişdirilən avtobuslar gələn həftə fəaliyyətə başlayacaq
Bizi izləyin

Qırmızı.az

Marşrut xətləri dəyişdirilən avtobuslar gələn həftə fəaliyyətə başlayacaq

1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, 1 saylı marşrut avtobusu bugünkü tarixdən yox, təqribi olaraq 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm