Elektron xidmətlərdən istifadə edənlərin sayı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Elektron xidmətlərdən istifadə edənlərin sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) keçirilən növbəti interaktiv sorğunun nəticələri aşıqlanıb.

Publika.az xəbər verir ki, “ƏƏSMN-nin göstərdiyi elektron xidmətlərdən istifadə edirsinizmi?” sualını cavablandıran 2975 nəfərdən 2777 nəfəri, yəni 93,3 faizi bu sualı müsbət cavablandırıb.

Bu ilin yanvar-iyul aylarında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə istifadə olunub ki, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizi deməkdir.

Hazırda nazirliyin fəaliyyət sahələrindən biri olan ünvanlı dövlət sosial yardımı sistemi də elektron əsaslar üzərində qurulmaqdadır. Həmin sistemin tam avtomatlaşdırılması ünvanlı dövlət sosial yardımının alınması üçün elektron şəkildə müraciət edilməsinə imkan verən yeni e-xidmətin istifadəyə verilməsinə səbəb olacaq. Bununla yanaşı, dövlət məşğulluq xidmətləri üzrə e-xidmətlərin artırılması sahəsində də işlər aparılır.

Xatırladaq ki, 142-“Çağrı mərkəzi”nə zəng edərək, 5 düyməsini basmaqla nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı ətraflı izahat almaq olar.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm