Qırmızı.az
Ermənilər dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar
Ermənilər Ağdamın cəbhə xəttinə yaxın kəndində dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar. Trend-in Kanal S-ə istinadən verdiyi məlumata görə, bu barədə təmas xəttində yerləşən Mirəşelli kəndinin sakinləri xəbər veriblər.
Sözügedən yaşayış məntəqəsinin də daxil olduğu Əhmədağalı bələdiyyəsinin sədri Habil Abbasov faktı təsdiqləyib. Onun sözlərinə görə, Mirəşelli kəndində ötən gün dünyasını dəyişən Quliyev Novruz Əli oğlunun dəfn mərasimi zamanı qəbiristanlığı tam müşahidə edə bilən düşmən hərbçiləri sakinlərə atəş açıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Bir müddət daldalanmağa məcbur olan sakinlər mərhumu torpağa tapşıra biliblər.
Novruz ərəfəsində yaxınlarının və doğmalarının məzarını ziyarətə gedən kəndlilər bu gün qəbiristanlıqda insidentsiz ötüşə biliblər. Xatırladaq ki, hər ilin Novruz bayramında sözügedən məzarlığa ziyarətə gedənlər atəşə tutulur.
Rayonun işğal altında olan ərazilərindən 200-250 addım uzaqlıqda olan qəbiristanlığın ötən illərdə atəşə tutulması zamanı ziyarətə və dəfn mərasiminə gələnlər arasında güllə yarası alan və həyatını itirənlər olub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...