Mərkəzi Gömrük Hospitalında bir ilk
Bizi izləyin

Qırmızı.az

Mərkəzi Gömrük Hospitalında bir ilk

Tibdə ən son yeniliklərin və texnologiyaların tətbiqi ilə fərqlənən Mərkəzi Gömrük Hospitalının nəzdində Qadın Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzi Gömrük Hospitalından Publika.az-a verilən məlumata görə, süni mayalanma yolu ilə övlad sahibi olmaq istəyənlərin artıq əlavə vəsait və vaxt sərf edərək xarici ölkələrə getməsinə lüzum qalmayacaq. Mərkəzdəki laboratoriya, cərrahiyyə otaqları dünyadakı qabaqcıl süni mayalanma mərkəzlərində tətbiq olunan ən müasir avadanlıqlarla təchiz olunub. Burada süni mayalanma müalicəsində hamiləlik şansını ciddi şəkildə artıran və Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalı Qadın Sağlamlıq Mərkəzində həyata keçirilən Embryoscope, CGH, PGD, ERA testi, co-culture, İMSİ kimi ən son texnoloji yeniliklər tətbiq olunur. İlk növbədə buraya müraciət edən cütlüklərə süni mayalanma yolu ilə övlad sahibi olub olmayacaqları barədə dəqiq diaqnoz qoyulur. Mərkəzdə tətbiq edilən ERA testi ilə uşaqlığın embrionları qəbul edib-etməyəcəyini və ya embrion transferinin hansı gün edilərsə, hamiləlik şansının artırıla biləcəyini öncədən bilmək mümkündür.

Burada uğurla tətbiq olunan və süni mayalanmada yeni bir ümid olaraq dəyərləndirilən əhatəli xromosom incələməsi və ya CGH testi vasitəsilə embrionun genetik problemləri və xromosomların vəziyyəti araşdırılaraq sağlam embrionun transferi həyata keçirilir.

Mərkəzi Gömrük Hospitalı Qadın Sağlamlıq Mərkəzi beynəlxalq miqyasda tanınan məşhur ginekoloq prof. Dr. Mustafa Bahçecinin rəhbərlik etdiyi tibbi heyətlə birlikdə kişi və qadın sonsuzluğu, hamiləliyin təqibi, ginekologiya, endoskopik ginekoloji cərrahiyyə, genetik analizlər üzrə tibbi xidmətlər də təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm