Moskvada möhtəşəm məscid: 10 min adam ibadət edəcək - FOTO
Bizi izləyin

Qırmızı.az

Moskvada möhtəşəm məscid: 10 min adam ibadət edəcək - FOTO

Sentyabrın 23-də Moskvada eyni vaxtda 10 min nəfərin rahat ibadət edə biləcəyi məscidin təntənəli açılış mərasimi olacaq.​

Publika.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Qurban bayramı ərəfəsində baş tutacaq mərasimə əksər müsəlman ölkələrindən nümayəndə, o cümlədədn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Fələstin lideri Mahmud Abbas da qatılacaq.

Qeyd edək ki, məscid 1904-cü ildə tikilib. Tatar taciri Salih Erzinin sifarişi əsasında onu memar A.Jukov inşa edib. Hazırda isə rekonstruksiya nəticəsində məscidin ərazisi 18 900 kvadrat metrə çatdırılıb. Yenidənqurma işləri 10 il davam edib. Minarələrin hündürlüyü 72 metrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm