Tofiq Hacıyev işə çıxdı
Bizi izləyin

Qırmızı.az

Tofiq Hacıyev işə çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin məzuniyyəti başa çatıb və bu gün işə çıxıb.

Bu barədə "Report"-a İnstitutdan məlumat verilib.

İnstitutdan bildirilib ki, T.Hacıyev iş başındadır: "O, öz vəzifəsini icra etməyə başlayıb. İşə çıxan kimi şöbə müdirlərini yığıb iclas keçirib. Toplantıda "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamın icrası ilə bağlı müəyyən tapşırıqlar verib".

Xatırladaq ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev iyulun 24-də tutduğu vəzifədən istefa verməsi ilə bağlı ərizə yazıb. AMEA prezidenti Akif Əlizadənin imzaladığı sərəncamla Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən təyin olunub. Sentyabrın əvvəlində akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verməsi ilə bağlı yazdığı ərizəni geri götürməklə bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə yazılı müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm