Qırmızı.az
Günəş və Ay tutulacaq
Sentyabrın 13-də ilin ikinci Günəş, 28-də isə Ay tutulması baş verəcək.
Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, bu, qismən Günəş tutulması hesab edilir.
“Tutulma Bakı vaxtı ilə 09:41-də başlayacaq, 11:53-də maksimum həddə çatacaq, 14:05-də isə sona çatacaq. Tutulma əsasən, Afrikanın cənubu, Hind və Atlantik okeanın cənub tərəfi, maksimum isə Antarktidada müşahidə ediləcək. Azərbaycanda isə müşahidə edilməyəcək".
Sentyabrın 28-də tam Ay tutulması olacaq. Həmin gün super Ay olacaq. Həmin gün 06:47-də Ay yerə ən yaxın məsafədə olacaq.Yerlə Ay arasında məsafə 356876 km olacaq, bu da ən yaxın məsafə hesab edilir. Ay tutulması 06:07-də başlayacaq, 07:47-də maksimum olacaq, 09:27-də sona çatacaq. Bu, Azərbaycanda 07:30-a qədər müşahidə ediləcək, o zaman Ay batıb, Günəş çıxdığına görə müşahidə edə bilməyəcəyik. Ay tutulması Cənubi Amerika, Atlantika, Avropa, Afrikanın əksər ölkələrində müşahidə ediləcək. Şərqi Avropa, Mərkəzi və Şərqi Afrikada qismən görünəcək”.
Tutulmanın insan səhhətinə zərərinə gəldikdə, X.Mikayılov belə bir narahatlığa əsas olmadığını dedi:
“İl ərzində iki Günəş və iki Ay tutulması baş verir. Əsrlərdir baş verən bu təbiət hadisəninin insan səhhətinə zərəri təsdiqlənməyib. Sadəcə psixoloji durumu zəif olanlarda qorxu yarada bilər. Dəniz və su hövzələrində suyun çəkilməsi, qabarmalara təsiri yoxdur. Bu sadəcə planetlərin hərəkəti ilə bağlıdır”.
Gülxar
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO