“Yeni Həyat”dan iflas elanı: Şirkət məhkəməyə üz tutdu
Bizi izləyin

Qırmızı.az

“Yeni Həyat”dan iflas elanı: Şirkət məhkəməyə üz tutdu

"Yeni Həyat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bakı Şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsini məhkəməyə verib.

“Report”un xəbərinə görə, MMC müflis elan olunmasını tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, avqustun əvvəlində "Yeni Həyat" MMC ləğv olunduğunu elan edib. Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 ("Azure" yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm