“Bakıda 8-9 bal gücündə zəlzələ proqnozlaşdırılır” – Qurban Yetirmişli
Bizi izləyin

Qırmızı.az

“Bakıda 8-9 bal gücündə zəlzələ proqnozlaşdırılır” – Qurban Yetirmişli

“Bakıda 8-9 bala qədər zəlzələ proqnozlaşdırılır. Binalar da bu bala dayanıqlı olmalıdır”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli sentyabrın 4-də ölkə ərazisində baş vermiş zəlzələni şərh edərkən bildirib. Bakıda binaların bu zəlzələyə hazır olmasına gəldikdə, o, bunun qurumun nəzarətində olmadığını deyib:

“Bakıda binalar tikilərkən bizdən icazə alınmır, sadəcə məlumat verilir. Biz də ərazinin seysmik aktivliyini öyrənib məlumat veririk. FHN bizim verdiyimiz bu sənəd olmadan tikintiyə razılıq vermir. Lakin FHN-dən xəbərsiz binalar da tikilə bilir”, - Q. Yetirmişli belə deyib.

Q. Yetirmişli onu da bildirib ki, zəlzələnin əvvəlcədən proqnozlaşdırılması mümkün deyil:

“Dünyanın heç bir ölkəsində bu sistem yoxdur. Düzdür, hansı ərazidə gərginlik var, harada gözlənilə bilər, deyə bilərik. Lakin ola bilər ki, gərginlik olsun, amma zəlzələ baş verməsin. Zəlzələnin proqnozlaşdırılması üçün hər hansı metodikanın 10 dəfə özünü doğrultması lazımdır. Lakin hələ ki belə tədqiqat yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm