Bakı Asiya Universiteti fəaliyyətini dayandırdı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Bakı Asiya Universiteti fəaliyyətini dayandırdı - YENİLƏNİB

Bakı Asiya Universitetinin bağlanmasının səbəbləri açıqlanıb.

Universitetin tədris məsələləri üzrə prorektoru Rəhilə Nağıyeva "Report"a bildirib ki, ali məktəb fəaliyyətini müvəqqəti dayandırıb.

Onun sözlərinə görə, Bakı Asiya Universitetinin növbəti dərs ilində fəaliyyətini bərpa etməsi və qapılarını tələbələrin üzünə açması mümkündür: "Universitetin dayanmasının ciddi səbəbləri yoxdur, bu, müvəqqəti atılmış addımdır. Gələn tədris ilində Təhsil Nazirliyinə müraciət edib işimizi davam etdirə bilərik".

Prorektor deyib ki, hazırda universitetin ümumilikdə 270 tələbəsi var: "Bütün tələbələr digər universitetlərdə təhsillərinin davam etdirəcək".

R.Nağıyeva bildirib ki, son illərdə universitetdə təhsil alan tələbələrin sayı azalıb və nəticədə bir sıra çətinliklər ortaya çıxıb.

***

Təhsil Nazirliyi Bakı Asiya Universitetinin 8 ixtisas üzrə təhsil alan 270 tələbəsinin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verib.

Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.

Məlumata əsasən, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərar qəbul edildiyini bildirib və tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm