Bu tələbələrə yüz manat təqaüd veriləcək
Bizi izləyin

Qırmızı.az

Bu tələbələrə yüz manat təqaüd veriləcək

Təhsil Nazirliyi ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verəcək.

Publika.az xəbər verir ki, bununla da müvafiq layihə çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.

Qeyd edək ki, bu layihə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm