Qırmızı.az
Nəzarət-buraxılış məntəqələrində yüklərin yoxlanılması proseduru sadələşdirilir
Dövlət Gömrük Komitəsi (DGK) nəzarət-buraxılış məntəqələrində yük qatarlarının yoxlanılması prosedurunun sadələşdirilməsi üzrə iş aparır.
Trend-in məlumatına görə, bunu bu gün DGK-nin sədri Aydın Əliyev Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) PICARD X Beynəlxalq İllik Konfransının (“Gömrük sahəsində akademik tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı”) konfransı çərçivəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanın nəzarət-buraxılış məntəqələrində iriqabaritli yük avtomobillərinin skan edilməsi üçün artıq 8 ədəd avadanlıq quraşdırılıb: "Hazırda "Böyük Kəsik" və "Yalama" nəzarət-buraxılış məntəqələrində yük vaqonlarının yoxlanılması üçün analoji aparatların quraşdırılması davam edir. İşlər başa çatmaq üzrədir və yaxın gələcəkdə bu aparatlar istismara veriləcək. Bununla da yüklərin daşındığı əsas nəzarət-buraxılış məntəqələrində yoxlamanı sürətləndirəcəyik".
A.Əliyev qeyd edib ki, DGK gömrüyün digər vəzifələrini unutmayaraq nəzarət-buraxılış məntəqələrində yoxlama prosedurunu sürətləndirmək üçün bütün mümkün hər şeyi edir: "Gömrük təkcə ticarət əməliyyatlarını yüngülləşdirməli və sürətləndirməyi deyil, həm də dövlətin iqtisadi təhlükəsizliyini təmin etməlidir. Dünya iqtisadiyyatında indiki vəziyyəti və qaçaqmalçılğın artmasını nəzərə alsaq, gömrük orqanlarının bu ikinci funksiyası daha da vacib olur".
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO