Zakir Həsənov müşavirə keçirdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov müşavirə keçirdi - FOTOLAR

Sentyabrın 8-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Publika.az xəbər verir ki, müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.
Müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm