Azərbaycanda yeni radio və televiziya yaradıldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni radio və televiziya yaradıldı

Azərbaycanda yeni radio və televiziya yaradılır.

Milli Televiziya və Radio Şurasından Publika.az-a verilən məlumata görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio, “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımına icazə verilib.

Bununla bağlı, MTRŞ-nın bugünkü iclasında televiziya və radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar verilib.

Eyni zamanda, iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilib, dövlət yayımçılarının və özəl yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm