Çörək uğrunda mübarizə, ucsuz-bucaqsız növbələr - SSRİ-nin ən son görüntüləri - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Çörək uğrunda mübarizə, ucsuz-bucaqsız növbələr - SSRİ-nin ən son görüntüləri - FOTOLAR

“Biz tezliklə kommunizm quracağıq. Sovet adamı işıqlı gələcəyə doğru addımlayır”. Bu sözləri demək olar, hər gün dövlət telekanallarında, rəsmi mətbuatda, ictimai şüura ən güclü təsir vasitələrindən olan filmlərdə eşidirdik. İnanırdıq ki, milyonlarla insanın, yüzlərlə xalqın, etnik qrupun min bir məhrumiyyəti hesabına başa gələn sosializm quruculuğu tezliklə öz bəhrəsini verəcək.

Lakin ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində məlum oldu ki, bütün bunlar populizmdən, cəzbedici şüarlardan başqa bir şey deyilmiş. Bu səbəbdən də fərqli və ziddiyyətli ictimai quruluşa malik Sovet Sosialist Respublikaları İttifaqı adlı imperiyanın iflası labüd idi.

Publika.az-ın təqdim etdiyi fotolar dünyanın ən böyük imperiyası sayılan SSRİ-nin mövcudluğunun sonuncu ilində çəkilib. Ərzaq çatışmazlığı, çörək mağazaları qarşısındakı uzun növbələr, defisit mallar uğrunda mübarizə, mağazalardakı boş piştaxtalar, işıqlı kommunizm gözləyən milyonların ümidsizliyi imperiyadan miras qalan sonuncu görüntülərdir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm