Qırmızı.az
Nazirlik: "Ehtiyatdakı hərbçilərin çağırışı ilə bağlı təşvişə əsas yoxdur"
Ehtiyata buraxılan əsgər və zabitlərin bir hissəsinin yenidən hərbi hissələrə çağırışı qanunvericilikdə nəzərdə tutulan prosesdir və müxtəlif zamanlarda həyata keçirilir.
Bunu Trend-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin mətbuat katibi Nurəddin Heydərov deyib.
N.Heydərov deyib ki, təşvişə ehtiyac yoxdur: "Ötən il və bu il
ərzində bir neçə dəfə belə toplanışlar keçirilib. O zaman biz 100
faizlik nəticəyə nail olmuşduq. İstər müharibə şəraiti, istərsə də
sülh dövründə olsun, hər bir azərbaycanlı səfərbərliyə
çağırılmaqdan qürur duymalıdır. Burada təşvişə düşməyə də ehtiyac
yoxdur".
Onun sözlərinə görə, çağırışa gəlməyən vətəndaşlar qanun
qarşısında məsuliyyət daşıyacaqlar: "Hər bir hərbi mükəlləfiyyətli
şəxs hərbi xidməti başa vuranda ona izah edilir ki, hər hansı bir
zamanda onlar yenidən hərbi toplanışlara çağırıla bilərlər. Ola
bilər ki, kimsə bunu unudur. Amma bu, qanunvericiliklə nizamlanan
prosesdir".
Qeyd edək ki, Azərbaycanın bütün rayonlarından ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə toplanılması, onların hərbi təlimlərə yenidən qatılması və döyüş şəraitinin yoxlanılması həyata keçirilir.
Qeyd edək ki, çağırış Müdafiə Nazirliyinin sentyabr ayının 6-da
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi
plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan
13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma
və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah
Hərbi Oyunları ilə əlaqədardır.
Avqusutun 6-sı Müdafiə Nazirliyi Komanda Qərargah Hərbi Oyunlarına başlayıb. Oyunlara 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ