Zəvvarlarımızın ilk qrupu iki gün sonra yola düşəcək
Bizi izləyin

Qırmızı.az

Zəvvarlarımızın ilk qrupu iki gün sonra yola düşəcək

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu sentyabrın 11-də yola düşəcək.

Bu barədə Publika.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, ziyarət üçün ilk uçuş sentyabrın 11-i saat 09:00-da olacaq. Mərhələ ilə həyata keçiriləcək səfərlər sentyabrın 15-nə kimi davam edəcək. Zəvvarlar Həccə qrup şəklində yola salınacaqlar.

Qeyd edək ki, Həcc ziyarəti üçün sənəd qəbuluna martın 11-də başlanıb.

Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki variantda təklif olunur. Daha yaxşı şəraitli (VİP) hotellərdə qalmaq, keyfiyyətli yeməklərlə təmin olunmaq və 4 nəfərlik otaqlarda yerləşmək üçün təklif olunan variant 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik otaqlarda qalmaq üçün təklif olunan variantın qiyməti isə 4700 dollardır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə həyata keçirilir. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm