Yağış, şimşək və 37 dərəcə isti – HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Yağış, şimşək və 37 dərəcə isti – HAVA PROQNOZU

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 10-11-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm