3 günə düzələn yol: 1 il əvvəl və sonra - FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

3 günə düzələn yol: 1 il əvvəl və sonra - FOTOLAR/VİDEO

Son bir ildə Binəqədi rayonu Abay Kunanbayev küçəsindəki yolun bərbad vəziyyətdə olması bütün ölkə mətbuatının gündəmində idi. Dəfələrlə biz də saytımızda sakinlərin şikayəti əsasında sözügedən yolun vəziyyətini işıqlandırmışdıq. Təkcə sakinlər deyil, həmin yolda hərəkət etməli olan 10, 13, 88 və sonradan ləğv edilən 53 saylı marşrut sürücüləri də yolun bu vəziyyətinə dəfələrlə etiraz edib xəttə çıxmamışdılar. Yolun vəziyyətinə etiraz edən sürücülər marşrut xəttini dəyişirdilər. Əziyyəti isə yenə sərnişinlər çəkirdi, palçıqlı yolu piyada getməli olurdu.

Bütün bu etirazlar isə cavabsız qalırdı. Binəqədi rayon İcra Hakimiyyəti təmirin onların səlahiyyətində olmadığını deyir, problemi həll etməkdən boyun qaçırırdı. Məsələni öz üzərinə götürən isə heç cür tapılmırdı.

Nəhayət, illərdir gölə çevrilmiş yol təmir edildi. Həm də 3 günə. Sakinlərin və sürücülərin çəkdiyi əzaba 3 günə son qoymaq mümkün idisə, nə üçün bunu etmirdilər? Bu sualın cavabını isə ancaq özləri bilər.

Qeyd edək ki, təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burada zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Daha sonra küçənin 6300 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm