Kür çayı üzərində körpü tikilir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kür çayı üzərində körpü tikilir - FOTOLAR

Kür çayı üzərində daha bir körpü tikilir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tikintisinə ötən il başlanılan və Salyan rayonu ərazisində mərkəzlə Babazanan yaşayış massivini birləşdirən körpüdə artıq son tamamlanma işləri aparılır. Körpü üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi işləri yekunlaşdırılıb.

Bununla paralel olaraq ərazidə gələcək daşqınların qarşısını almaq məqsədi ilə uzunluğu 280 metr olan istinad divarlarının tikintisi də aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Körpüyə Salyan şəhəri istiqamətdən yanaşma yolunun və daha 200 metr uzunluğunda istinad divarlarının tikintisi davam etdirilir.

6 aşırımdan ibarət və uzunluğu 199,16 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Ümumiyyətlə sözügedən körpü A-15, NK-100 hesabi yükünə və 9 bal zəlzələyə hesablanaraq inşa edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm