Qırmızı.az
“İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” adlı konfrans keçirilib
2014-cü ilin 11-12 mart tarixlərində Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Hacettepe Universitetində "İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi" adlı konfrans keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə,
Hacettepe Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası
Araşdırmaları Cəmiyyəti tərəfindən təşkil edilmiş tədbirdə
sözügedən universitetin professor və tələbə heyəti, Ankarada
akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm adamları
və ekspertlər iştirak ediblər.
Tədbirin keçirlməsində məqsəd İpək yolunun tarixi inkişafı və bu
inkişafın türk xalqlarına təsiri, İpək yolunun yenidən inşası və
xüsusilə də əmtəə və enerji ticarətinin canlandırılması, İpək yolu
üstündəki türk dövlətlərində sülh və tərəqqi mövzuları üzrə fikir
mübadiləsinin aparılması olub.
Tədbir zamanı hər bir türk dövləti ilə bağlı, o cümlədən Türkiyə,
Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və
Şimali Kipr Türk Respublikası sessiyaları təşkil edilib və hər
sessiyada bir nəfərinin müvafiq ölkənin səfirlik nümayəndəsi
olmaqla üç natiq çıxışlar edib və auditoriyanın suallarını
cavablandırıblar.
Sözügedən tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatı
Vasif Əliyev Azərbaycan sessiyasında çıxış edib. Səfirlik
nümayəndəsinin çıxışı zamanı Azərbaycanın qədim İpək yolunun
ayrılmaz hissəsi olduğu və ölkəmizin tarixən İpək yolundan
faydalanmaqla yanaşı, bu ticarət yolunun inkişafına öz töhfələrini
verdiyi qeyd olunub.
Daha sonra müasir İpək yolunun inşasında Azərbaycanın fəal iştirakı
qeyd olunub və bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə enerji,
nəqliyyat və kommunikasiya sahələri üzrə bir sıra transmilli
layihələrin uğurla həyata keçirilməsi vurğulanıb.
Azərbaycan sessiyasında daha sonra Hacettepe Universitetində təhsil
alan iki tələbəmiz çıxış edərək, müvafiq olaraq İpək yolunun tarixi
inkişafı və müasir İpək yolunun inşasında Azərbaycanın həyata
keçirdiyi enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat
veribər. /Trend/
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub