"Moskva" univermağındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO
Bizi izləyin

Qırmızı.az

"Moskva" univermağındakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

"Moskva" univermağı yanır - SON DƏQİQƏ - VİDEO - Yenilənir

Ticarət mərkəzində baş verən yanğın hazırda söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bir nəfərin ürəyi sıxılıb və təcili tibbi yardım işçiləri ilk tibbi yardım göstərib.

***

ANS PRESS-in xəbərinə görə, , yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib.

Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının yanğınsöndürənləri cəlb olunub.

İlkin ehtimala görə, yanğının elektrik qısaqapanması səbəbindən baş verdiyi güman olunur.

08.55

Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərindən birində yanğın başlayıb.

Publika.Az fhn.gov.az saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Moskva" univermağının binasında yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb. Əlavə məlumat veriləcək.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm