Qırmızı.az
Bakıda zibillikdə xəzinə tapıldı – FOTOLAR
“Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb. Əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.
Publika.az xəbər verir ki, yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq. Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq xeyriyyə məqsədi ilə xərclənib.
BMTÇZ-in fəaliyyəti Bakıdan yığılmış tullantıları çeşidləməkdən ibarətdir. Şəhərdən toplanmış məişət tullantıları zavodda dəmir, plastik, kağız, şüşə və s. formada ayrılaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir. Yığılan kütlə arasından bəzən tullantı olmayan əşyalar da tapılır. Metal qab-qacaq, müxtəlif növ sənədlər, bank kartları, silah-sursat və xırda pullar kimi. Onlar tullantıların arasından götürülərək aidiyyəti üzrə təhvil verilir və ya istifadə olunur.
Gülnar Əliyeva
-
Hadisə20:15
“Zığ" zavodunda dəhşətli hadisə: 5 işçi öldü, 2-si isə... - YENİLƏNDİ
-
Hadisə19:45
Zavodda PARTLAYIŞ olub - TƏBİB-dən açıqlama
-
Ekologiya19:30
Azərbaycanda bu tarixdə güclü istilər olacaq: 50 dərəcədən yuxarı...
-
ABŞ18:06
Bayden oğlu ilə "vurula" bilər: Məhkəmədə utancverici hallar gözlənilir
-
Sosial17:37
Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
-
Region17:00
Mirzoyanla Darçiaşvili telefonla danışdı: Müzakirədə Tavuş da olub
-
Magazin115:41
Aytən Səfərovanı efirə buraxmırlar?
-
Nida Xəbər 14:46
Xaricdə nikaha girmək istəyənlərin nəzərinə