Qırmızı.az
Nəqliyyatda sıxlığın qarşısını almaq üçün aksiya
Nəqliyyat Nazirliyi sentyabrın 15-də respublikamızda tədris ilinin başlanması ilə əlaqədar nəqliyyatda sıxlığın qarşısını almaq üçün gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 15-də Nəqliyyat Nazirliyinin strukturuna daxil olan bütün qurumlar, o cümlədən NİİM və Bakı Sərnişin Daşımaları MMC-nin əməkdaşları orta məktəblərin qarşısında və piyada keçidlərində aksiya keçirəcəklər.
Burada əsas diqqət ictimai nəqliyyatdan düzgün istifadəni təmin etməyə yönəldiləcək. Aksiya zamanı sərnişinlərin avtobusdan enərkən və piyada keçidlərindən istifadə edərkən qaydalara əməl etmələri və avtobus sürücülərinin mövcud qaydalara uyğun nəqliyyat vasitələrini idarə etmələrinə nəzarət olunacaq.
Məqsəd sürücülərin və piyadaların təhlükəsiz hərəkətinə nail olmaq, nəqliyyatda sıxlığı aradan qaldırmaqdır.
Gülnar Əliyeva
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT