İcra başçısı danışdı: "Mənim maşınım deyil"
Bizi izləyin

Qırmızı.az

İcra başçısı danışdı: "Mənim maşınım deyil"

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xidməti avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirib.

X.İsgəndərov Axar.az-a verdiyi açıqlamasında sözügedən avtomobilin ona məxsus olmadığını deyib:

“Mən bu xəbəri mətbuatda oxudum. Həmin avtomobil cərimə meydançasına aparılarkən mənim avtomobilim avtodayanacaqda olub. Əgər belə bir hal baş versəydi, bunu deyərdim. Amma belə bir şey birmənalı şəkildə olmayıb”.

Xatırladaq ki, dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobilin saxlanıldığı barədə məlumat yayılıb. Avtomobilin saxlanılmasına səbəb kimi üzərində qadağan olunmuş “FiFA” siqnalı və sayrışın işıqların olması göstərilir. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

Avtosfer.az saytı 10 AA 812 dövlət nömrə nişanlı avtomobilin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xidməti maşını olduğunu yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm