Rayonlara gediş haqları bahalaşdı
Bizi izləyin

Qırmızı.az

Rayonlara gediş haqları bahalaşdı

Bakı Avtovağzalından rayonlara sərnişin daşıyan fərdi minik avtomobillərinin sürücüləri bölgələrə gediş haqlarını artırıblar.

Publika.az xəbər verir ki, Lənkəran, Göyçay, Ucar, Qazax, Şamaxı, habelə digər şəhər və rayonlara gediş haqları 2 manat artıb. Xaçmaz, Quba, Qusar və digər rayonlara isə gediş haqları 1 manat bahalaşıb. Fərdi avtomobillərin sürücüləri dünəndən etibarən Göyçaya, Ucara gedən sərnişinlərdən 12 manat (əvvəlki qiymət 10 manat idi) tələb ediblər.

Gediş haqlarının bahalaşması Sumqayıt-Bakı istiqamətində hərəkət edən fərdi minik vasitələrində də müşahidə edilib. Belə ki, Sumqayıtdan Bakıya sərnişin daşıyan taksi sürücüləri də gediş haqlarını 2 dəfə artırıblar. Sərnişinlər dünən və bu gün Sumqayıtdan Bakıya gəlmək üçün 2 manat (sentyabrın 15-ə qədər gediş haqqı 1 manat idi) gediş haqqı ödəməli olublar.

Fərdi minik avtomobilləri sürücülərinin gediş haqlarını artırmaları dünəndən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7-dən gecə saat 00:00-a qədər paytaxta girişinə qadağa qoyulması ilə əlaqələndirilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm