Dəhşət: Anasına təcavüz etdi, sonra yandırdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Dəhşət: Anasına təcavüz etdi, sonra yandırdı - FOTO

Türkiyədə tükürpədici cinayət hadisəsi baş verib.

Moldova əsilli Türkiyə vətəndaşı Dmitri anası Olqa V.-ni bıçaqla öldürüb, sonra isə cəsədini yandırıb. Ən dəhşətlisi isə budur ki, öldürməzdən əvvəl onun anasına təcavüz etdiyi ortaya çıxıb.


İstintaq 4 martda İstanbulda baş verən cinayəti araşdırarkən dəhşətli faktlarla üzləşib. Anasını öldürməkdə şübhəli qismində saxlanılan Dmitri anasına təcavüz edib, öldürdüyünü etiraf edib. 2012-ci ildə Sefa A. ilə evlənən Moldova əsilli Türkiyə vətəndaşı Olqanın ilk ərindən olan oğlu Dmitri bir il əvvəl Türkiyəyə gələrək anası ilə yaşamağa başlayıb. Hadisə baş verən günü saat 08.30-da işdən evə qayıdan Dmitri anasının hazırladığı yeməyi yeyib.



O, istintaqa verdiyi ifadəsində yeməkdən sonra duşa girdiyini, bundan sonra isə anasının yataq otağına keçib ona təcavüz etdiyini bildirib. Oğul bu iyrənc hərəkətinin ardınca evin dəhlizində anasının ürəyindən və qarnından bıçaqlayaraq öldürüb. Cəsədi isə yataq otağına aparıb, üzərinə yorğan və yastıqları qoyaraq alışqan dolduran qaz balonu ilə yandırıb. Bıçağı yataq otağından kənara atıb. Anasının mobil telefonunu və zinət əşyalarını götürərək aradan çıxıb. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm