Təşkilat rəhbərləri ixtisasartırma kursunda iştirak edib
Bizi izləyin

Qırmızı.az

Təşkilat rəhbərləri ixtisasartırma kursunda iştirak edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilat rəhbərləri Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan “Davamlı insan inkişafı” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak ediblər.

Bu barədə Publika.Az - a ARGTMŞ – dan məlumat verilib.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri dinləyici qismində iştirak etmiş, eyni zamanda Azərbaycan Respublikası Dövlər İdarəçilik Akademiyasının dəvəti ilə ARGTMŞ-nın üzv təşkilat rəhbərləri də təlimə dinlləyici qismində dəvət olunublar.

Üzv təşkilatlarının strateji inkişafını “3G” konsepsiyası üzrə irəli sürən və bu konsepsiyaya gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclərin əməkdaşlıq imkanlarının artırılması, gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak etmələrinin təmin edilməsi prinsiplərini aid edən Milli Şura öz növbəsində, QHT sektorunun nəzəri və praktik inkişafına nail olmaq məqsədilə QHT-lərin İDarəetmə Akademiyasının (“QİDA”) yaradılması təşəbbüsü ilə çıxış edərək bu Akademiyanın yaradılmasına nail olub.

ARGTMŞ-nın sədri Şahin Seyidzadə müsahibəsində qeyd edib ki, “Davamlı insan inkişafı” istiqaməti üzrə ixtisasartırma kursuna Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının QHT rəhbərlərini dəvət etməsi bu sektora olan dövlət dəstəyinin göstəricisidir. ARGTMŞ-nın “QİDA” Akademiyası da qarşısına qoyduğu hədəfə nail olaraq ümumilikdə 64 təşkilatdan 163 nümayəndənin kurslarda iştirakını təmin etmiş və 3 müxtəlif tədris bloku üzrə 143 akademik saatlıq təlim keçirib. Bütün bu tədbirlər onun göstəricisidir ki, bu gün QHT-lərdə idarəetmə bacarıqlarının inkişafı həm dövlət , həm də Milli Şuranın hər zaman diqqət mərkəzindədir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm