Azərbaycanda 1000 nəfər hepatit virusundan pulsuz müalicə olunub
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 1000 nəfər hepatit virusundan pulsuz müalicə olunub

“Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya tərəfindən indiyə kimi təxminən 1000 nəfər pulsuz müalicə olunub”.

Bu barədə Publika.az-a komissiyanın sədri Murad Məmmədov məlumat verib.

Məlumata görə, sentyabrın 10-na kimi müalicə üçün komissiyaya 2900 nəfər müraciət edib. Müraciət edənlərin 75 faizi Hepatit C, 20-25 faizi isə Hepatit B virusuna yoluxmuş şəxslərdir.

İnsanlar bu xəstəliyə yoluxmalarını, orqanizmin vəziyyətini əks etdirən sənədləri və lazımi analizləri toplayıb Səhiyyə Nazirliyinə təqdim etməklə pulsuz müalicə oluna bilərlər:

“Komissiya ayda 1-2 dəfə yığışaraq sənədləri təhlil edir. Ehtiyac olduqda həmin şəxsləri də dəvət edirik və bundan sonra müalicənin təyin olunub-olunmaması qərarlaşdırılır. Burada bir çox parametrlər xəstənin vəziyyəti, onun xəstəlik dövrü, ağırlığı, o cümlədən qara ciyər sirrozu və ya qara ciyər xərçənginin olması müəyyənləşdirilir. Əgər xəstədə əks-göstəriş yoxdursa, onda müalicə təyin olunur. Ümumiyyətlə, baxılan sənədlərin 57-58 faizi haqqında müalicə haqqında qərar qəbul olunur”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm